İsrail rəsmilərinin Bəhreynə səfərinə maneə yoxdur – Bəhreyn XİN rəhbəri

Səudiyyənin əş-Şərq əl-Əusət qəzetinə verdiyi mühasibədə hazırda İsrail baş nazirinin Bəhreynə səfəri üçün təmasların olmadığını çatdıran Xalid bin Əhməd vurğulayıb ki bu istiqamətdə bir şey olsa da onu gizlətməz və açıqlayacaqlar

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Dekabr 2018, 16:28

“İsrail rəsmilərinin səfərinin mühüm və strateji tərəfi olsa bu səfərə görə heç bir maneə yoxdur. Əgər bu baş versə onu elan etməkdə çəkinmərik”

 

İnterAz SalamNews-a stinadla xəbər verir ki, bunu Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd  deyib.

 

Səudiyyənin əş-Şərq əl-Əusət qəzetinə verdiyi mühasibədə hazırda İsrail baş nazirinin Bəhreynə səfəri üçün təmasların olmadığını çatdıran Xalid bin Əhməd vurğulayıb ki bu istiqamətdə bir şey olsa da onu gizlətməz və açıqlayacaqlar.

 

Qeyd edək ki, Bəhreyn hökuməti İsrailin iqtisadiyyat naziri Eli Kohini gələn ilin aprel ayında Mənaməyə səfərə dəvət edib.

 

Bundan öncə İsrailin “Yedioth Ahronoth” qəzeti bildirmişdi ki, İsraillə Bəhreyn arasında əlaqələrin normallaşdırılması fonunda gizli danışıqlar gedir.

 

Xatırladaq ki, oktyabrda İsrail baş naziri Benyamin Netanyahu hökumətinin yüksək rütbəli nümayəndə heyəti ilə Oman Sultanlığına səfər etmişdi. Həmin zamanda İsrailin gənclər və mədəniyyər naziri də BƏƏ-ə səfər etmiş, İsrailin idmançıları bu kiçik varlı ərəb dövlətində və Qətərdə beynəxalq idman turnirlərinə qatılmışdı. İndi isə İsrail baş nazirinin Sudana səfəri , iqtisadiyyat nazirinin isə Bəhreynə səfəri haqda ciddi faktlar ortaya çıxır.