Dünyanın ən qoca yutuberi vəfat edib

Onun ölüm xəbəri öz “Youtube” kanalı ilə elan edilib və izləyicilər minlərlə başsağlığı mesajları göndəriblər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 08:31

Dünyanın ən yaşlı yutuberi sayılan 107 yaşlı Mastanamma vəfat edib.

 

İnterAz xəbər verir ki, Mastanamma sosial şəbəkədə fəaliyyətə iki il öncə başlasa da, artıq bir milyondan çox izləyicisi var idi. 

 

Evinin önündə həyətdə kənd yeməkləri bişirməklə məşhurlaşan bu qadının “Country Foods” (kənd yeməkləri) adlı proqramı çox sevilirdi. Onun ölüm xəbəri öz “Youtube” kanalı ilə elan edilib və izləyicilər minlərlə başsağlığı mesajları göndəriblər.

 

Mastanamma heç kimin bişirmədiyi (məsələn, qarpızla balıq) qəribə yeməklərlə məşhurlaşmışdı.