Fransada etiraz aksiyalarına 89 mindən çox asayiş keşikiçisi səfərbər olunacaq

Fransada benzinin qiymətinin bahalaşmasına etiraz əlaməti olaraq keçiriləcək növbəti kütləvi aksiya sabah təşkil ediləcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 08:43

Fransada etiraz aksiyalarında asayişi qorumaq üçün on minlərlə asayiş keşikiçisi səfərbər olunacaq.

 

İnterAz xəbər verir ki, bu barədə ölkənin baş naziri Eduar Filipp TF1 telekanalının efirində bildirib.

 

O, bildirib ki, ölkədə benzinin qiymətinin bahalaşmasına etiraz əlaməti olaraq keçirilən aksiyada hüquq-mühafizə orqanlarının 89 mindən çox əməkdaşı səfərbər ediləcək.

 

Baş nazir həmçinin qeyd edib ki, Parisdə asayişi 8 min polis əməkdaşı və xüsusi texnika mühafizə edəcək. Fransada benzinin qiymətinin bahalaşmasına etiraz əlaməti olaraq keçiriləcək növbəti kütləvi aksiya sabah təşkil ediləcək.

 

Qeyd edək ki, Fransada avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etirazlar noyabrın 17-dən keçirilir. Hərəkat iştirakçıları sarı jiletlər geyirlər.