ABŞ-ın BMT-də HƏMAS-a qarşı qətnamə layihəsi nəticəsiz qalıb

Səudiyyə Ərəbistanı və onun komandası da ABŞ-ın HƏMAS-a qarşı layihəsinin əleyhinə səs veriblər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 09:42

ABŞ hökuməti HƏMAS və onun fəaliyyətini pisləyən qətnamə layihəsini BMT-in Baş Assambleyasında səsverməyə çıxarsa da nəticəsiz qalıb və əksəriyyət onun əleyhinə səs verib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Amerikanın HƏMAS-a qarşı qətnamə layihəsinin əleyhinə 87 üzv dövlət səs verib və bu layihə lehinə səs verən üzv dövlətlərin üçdə ikisini əldə edə bilməyib.

 

Səsvermədən öncə Küveyt, İran, Fələstin və sair dövlətlərin rəsmiləri çıxış edərək, qətnamənin əleyhinə səs verilməsini istəyiblər.

 

Səudiyyə Ərəbistanı və onun komandası da ABŞ-ın HƏMAS-a qarşı layihəsinin əleyhinə səs veriblər.

 

HƏMAS liderlərindən biri Sami Əbu-Zuhri bildirib ki, bu hadisə Amerikaya şillənin dəyməsi və müqavimətin legitim olması deməkdir.