ABŞ Senatı nümayəndələri Səudiyyə səfirinin çıxarılması haqda müşavirəyə başlayıblar

Onlar bu dəfə isə Bin-Salmanın qardaşı Səudiyyənin Vaşinqtondakı səfiri Xalid bin Salmana qarşı yeni cəbhə açıblar

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 10:46

ABŞ Senatının bəzi nümayəndələri Səudiyyə Ərəbistanın Vaşinqtondakı səfiri Xalid bin Salmanın çıxarılması haqda müşavirəyə başlayıblar.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Korker məlumat verib.

 

Qeyd edək ki, ABŞ Senatı son həftədə xüsusilə də Mərkəzi Kəşfiyyat Agentliyinin Qaşıqçı cinayəti ilə bağlı hesbatını dinlədikdən sonra Səudiyyə Ərəbistanına və bu ölkənin vəliəhdi Bin-Salmana qarşı yeni həmlələrə başlayıblar. Onlar bu dəfə isə Bin-Salmanın qardaşı Səudiyyənin Vaşinqtondakı səfiri Xalid bin Salmana qarşı yeni cəbhə açıblar.

 

Yeni həmləni başladan senator respublikaçı siyasətçi Bob Korker bir neçə gün öncə CİA-in hesabatını dinlədikdən sonra Bin-Salmanı kəskin tənqid edib və bildirib ki, “əgər o istintaqa verilsə və dindirilsə 30 dəqiqəyə cəza alar.”