Türkiyə SU-24 təyyarəsinin radar izini yaydı: təyyarə Türkiyə hava sərhəddini pozub

Türkiyə təyyarənin uçduğu əraziləri göstərən radar görüntülərini yayıb

Bakı, Aysel Zahidqızı, İnteraz - 24 Noyabr 2015, 15:55

Türkiyə Silahlı Qüvvələri bu gün vurulan Rusiyaya məxsus SU-24 təyyarəsinin radar izini yayıb.

 

İnterAz Türkiyə mətbuatına istinadən xəbər verir ki, analizə uyğun edilən açıqlamada, Rusiyaya məxsus təyyarənini açıq-aydın Türkiyə hava sərhəddini pozduğunu və Türkiyəyə məxsus hava sərhəddi üçün təhlükə yaratdığı təsdiqlənib. 

 

Yayılan videoda qırmızı xətlə göstərilən Türkiyə hava sərhəddi, mavi rəngdə göstərilən isə Rusiyaya məxsus SU-24 təyyarəsinin uçduğu trayektoriyadı. Həmçinin qırmızı xətt üzərində olan ağ nöqtələr Türkiyəyə məxsus F-16 təyyarələrinin izidir.

 

Məlumata görə, Türkiyə silahlı qüvvələri SU-24 təyyarəsi tərəfindən hava sərhəddinin pozulduğu vaxt 4 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini bildirib. 

 

Qeyd edək ki, hadisə ilə bağlı Rusiya müdafiə nazirliyi də öz mövqeyini bildirərək, SU-24 təyyarəsinin ancaq Suriya hava sərhəddində uçduğunu bildirib.