• 00:38

Almaniyada başqa dövlətin vətəndaşı olmağa icazə verilə bilər

Yeni qaydalar AFR-ə başqa ölkələrdən gəlmiş bir sıra yeni vətəndaşların yerdəyişməsini asanlaşdıra bilər

Bakı, Tural Səftərov, İnteraz - 02 Dekabr 2013, 16:45

Almaniyanın əsas siyasi partiyaları yaxın vaxtlarda ölkədə yeni koalisiya hökuməti formalaşdırmaq barədə razılığa gəlib.

 

İnterAz-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu hökumət öz vətəndaşlarının başqa dövlətin pasportuna malik olmasına icazə verəcək. İndiyə qədər Almaniyada ikili vətəndaşlıq nəzərdə tutulmamışdı. Lakin praktikada, məsələn, Rusiyadan və Qazaxıstandan Almaniyaya köçmüş almanlar Rusiya və ya Qazaxıstan vətəndaşlığını saxlamaqla Almaniya pasportları ala bilirdilər.

 

Miqrantların artıq Almaniyada doğulmuş uşaqları isə 23 yaşa çatanda seçim etməli idilər: onlar ya Almaniyanın, ya da əcdadlarının oraya köçüb gəldiyi ölkənin vətəndaşı ola bilərdilər. İndi bu qayda ləğv edilir.

 

İkili vətəndaşlığın saxlanılması imkanı miqrantlar üçün həm emosional baxımdan, həm də, məsələn, vətəndə miras barədə söhbət gedəndə maliyyə baxımından vacib məqamdır. Yeni qaydalar AFR-ə başqa ölkələrdən gəlmiş bir sıra yeni vətəndaşların yerdəyişməsini asanlaşdıra bilər.

©
Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
!
Redaksiya materiallarda ayrı-ayrı şəxslərin fikirlərinə və yazılan şərhlərə görə məsuliyyət daşımır.

MÜZAKİRƏ

comments powered by Disqus