Yer kürəsində 8 ən heyrətləndirici çuxur

Yer kürəsində xeyli sayda çuxurlar var

Bakı, Rəşid Dadaşov, İnteraz - 12 Dekabr 2013, 18:59

Yer kürəsində xeyli sayda çuxurlar var. Endogen və ekzogen mənşəli bu çuxurların yaranma səbəbləri müxtəlif olsa da, hal-hazırda belə onlar heyrət doğurmaqdadırlar.


1. Mir yatağı


 

Mir yatağı, Rusiyanın Yakutiya şəhəri yaxınlığında olan Mirnıy şəhərində yerləşir. 525 metr dərinliyi və 1,2 kilometr diametri var.

2. Nəhəng, mavi Beliz çuxuru



Çuxur dairəvi karst dəlik şəklindədir və 305 metr diametri, 120 metr dərinliyi var. Karib dənizində, Laythaus Rifinin mərkəzi, Beliz Rif maneələrinin tərkibindədir.

3. Dyavik, Kanada almaz yatağı



Yataq adalarda yerləşir, Boinq sərnişin təyyarələri qəbul edə bilən infrastrukturu və aeroportu mövcuddur. İl ərzində yataqda 7,5 milyon karat almaz əldə olunur.

4. Türkmənistan, Darvaza



Bu qaz yatağını yerli əhali və səyahətçilər “Cəhənnəm qapıları” kimi adlandırırlar. Çuxurun diametri təqribən 60, dərinliyi isə 20 metrdir.

5. Binqem kanyonu, Yuta ştatı, ABŞ



Bu nəhəng mis yatağı 1,2 kilometr dərinliyi və 4 kilometr eni olan 1900 akr ərazini əhatə edir. Seqmentinin dünya üzrə ən nəhəng yatağıdır. 

6. Montiçello su anbari, Kaliforniya ştatı, ABŞ



Su anbarı yaradılan zaman, yerindəki eyni adlı şəhər batırılıb və süni şəkildə yaradılmış Beriessa gölü üzərində yenidən qurulub. Bu anbar, nəhəng çuxur şəklində olan orijinal su endirmə konstruksiyasına malik olduğuna görə  tanınır. Diametri 22 metrdir.

7.  “Böyük Dəlik” almaz yatağı, CAR



Bu nəhəng, hal-hazırda fəaliyyət göstərməyən almaz yatağı CAR-ın Kimberli şəhərində yerləşir. 1871-ci ildə icad olunub. Xüsusi texnikasız, insanlar tərəfindən inşa olunan ən nəhəng yataq sayılır. İnandırıcı olmasa da bu qeyri-adi ölçüdə olan çuxuru insanlar bel və külüng vasitəsi ilə qazıblar. 240 metr dərinliyi və 463 metr eni var. 

8. Qvatemala kars çuxuru



2010-cu ildə Aqata qasırğası nəticəsində əmələ gəlib. Çuxur üçmərtəbəli binanı yerin altına aparıb. 30 mərtəbəli bina hündürlüyündə və 20 metr enində olan bu çuxurun yaranma səbəblərini, torpağın və süxurun aşağı qatının su ilə yuyulması ilə izah edilir.