• 18:42

Cin çıxaranlar təkcə bizdə deyilmiş - Foto

Müştərilər bu xidmətdən razı qaldıqlarını bəyan edirlər

Bakı, B.Samid, Tural Səftərov, İnteraz - 16 Yanvar 2014, 17:50

Cin çıxarmaq məsələsinə demək olar ki bütün dinlərdə rast gəlmək olar.

 

Elə qeyri-dini ayinlərdə də cin çıxarmaq məsələsi mövcud olub. Əlli yaşlı din xadimi Kolumbiyalı “Hermes Cifuentes” ölkənin tanınmış cin çıxaranlarındandır. O Kolumbiyanın “Valle del Cauc” bölgəsində həftəyə 10 nəfərin içindəki cini çıxara bilir.

 

“Asriran” xəbər portalında yayımlanmış fotolardan da görünür ki bu iş olduqça çətindir. Hermes ilk növbədə müştərisinə xəbərdarlıq edir ki, uzun bir müddət üçün onlar çirkabın, murdarlığın içində qalmalı olacaqlar. Yoxsa cinlər bu tezliknən gedən deyillər.

 

Hermes müştərisini müxtəlif rənglərdən və əlamətlərdən hazırlanmış dairənin içində uzanmağı tələb edir. Bundan sonra onu çirkaba bulayır və murdarla dolu çalanın içində qalmağı istəyir. Görünür məsələdə çirkab və murdarın olmasına baxmayaraq, onun müştərilərinin ardı-arası kəsilmir. Sonra gözlərin bağlanılması və dairənin yandırılması mərhələləri çatır. Qəribə hərəkətlərdən sonra iş bitdikdə, cindar müştərisinin ətrafında şamlar yandırır və meyvələrlə ətrafı bəzəyir, başlarına isə yumurta qoyur. Müştərilər də bu xidmətdən razı qaldıqlarını bəyan edirlər.

©
Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
!
Redaksiya materiallarda ayrı-ayrı şəxslərin fikirlərinə və yazılan şərhlərə görə məsuliyyət daşımır.

MÜZAKİRƏ

comments powered by Disqus

Lent