"Darvin bankası" yatağında yeni quyu istismara verilib

Qirməki Altı Lay Dəstəsinə qazılan quyu 1369-1363 metr intervaldan sutkalıq 5 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib

Bakı, Tural Səftərov, İnteraz - 17 Fevral 2014, 16:31

"Darvin bankası" yatağındakı 720 nömrəli meydançadan 832 nömrəli quyu qazmadan sonra istismara verilib.

 

İnterAz ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyu 1369-1363 metr intervaldan sutkalıq 5 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

 

Qeyd edək ki, quyu "Abşeronneft" NQÇİ-nin sifarişi ilə qazılıb.