Yeni metrostansiyalarda daha müasir texnologiyalar tətbiq olunacaq

Fransa şirkəti Bakı Metropoliteninin yeni beş stansiyasında avadanlıqların modernləşdirilməsinin ilkin planlaşdırılmasını hazırlayıb

Bakı, Tural Səftərov, İnteraz - 17 Fevral 2014, 17:26

Bakı Metropoliteninin yeni tikilən beş stansiyasında daha müasir avadanlıqların və sistemlərin tətbiqi planlaşdırılır. Metropolitendən İnterAz-a verilən məlumata görə, Fransanın "Thales" şirkəti öz texnologiyalarının imkanları ilə bağlı quruma təklif göndərib.

 

Müəssisədən bildirilib ki, şirkətin təklif etdiyi texnologiya hərəkətə mərkəzləşdirilmiş avtomatik nəzarət sistemindən (MANS) ibarətdir: "Bizə Fransanın "Thales" şirkətindən təklif gəlib. Bu texnologiya metronun yeni tikilən stansiyalarında tətbiq oluna bilər. Hazırda bu təklif nəzərdən keçirilir".

 

Qeyd edək ki, "Thales" şirkəti Bakı Metropoliteninin yeni beş stansiyasında avadanlıqların modernləşdirilməsinin ilkin planlaşdırılmasını hazırlayıb.

 

Təhlükəsizlik və nəqliyyat sahəsində 65 ölkədə nümayəndəliyi olan bu şirkət müştərilərinə müdafiə və təhlükəsizlik, yerüstü və hava nəqliyyatı sahəsində texnologiya və avadanlıqlar təklif edir.