Təbii qaz abonentlərinin sayı 1 milyon 663 minə çatıb

Abonentlərin 707 221-i Bakı şəhəri, 955 706-sı isə regionların payına düşür

Bakı, Tural Səftərov, İnteraz - 18 Fevral 2014, 09:21

2014-cü il fevralın 1-ə olan məlumata görə, Azərbaycan üzrə təbii qazla təmin edilən abonentlərin sayı 1 662 927-ə çatıb.

 

İnterAz-ın ARDNŞ-nin saytına istinadən xəbər verir ki, onların 1 642 758-i əhali, 20 169-u isə qeyri-əhali sektoruna aiddir.

 

Abonentlərin 707 221-i Bakı şəhəri (696 963 əhali, 10 258 qeyri-əhali abonenti), 955 706-sı isə regionların (945 795 əhali, 9 911 qeyri-əhali abonenti) payına düşür.

 

Təkcə 2014-cü ilin yanvar ayı ərzində əhali sektoru üzrə 13 759 yeni abonent qeydiyyata alınıb ki, bunun da 6 373-ü Bakı, Abşeron və Sumqayıt, 7 386-sı isə digər regionlara aiddir.