Ölkəyə avtomobil idxalı niyə azalıb?

“Proqnozlar düz çıxdı, Avro 4 standartının tətbiqi idxala bilavasitə təsir etdi”

Bakı, Günel Tağıyeva, Nəzəroğlu Cəlalə Natiq qızı, İnteraz - 18 Avqust 2014, 14:40

“Avro 4 standartının tətbiqindən sonra  Azərbaycana avtomobil idxalının azalacağı gözlənilən idi”

 

Bu fikirləri İnterAz-a iqtisadçı ekspert Vüqar Bayramov deyib.  Onun sözlərinə görə, ili köhnə olan avtomobillərin ölkəyə gətirilməməsi ilə yanaşı yeni avtomobillərə tələbatın nisbətən zəif olması da avtomobil idxalına təsir göstərən amillərdəndir.

 

“Buna başlıca səbəb Avro 4 standartının tətbiqi nəticəsində avtomovbillərin ili ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlıdır. Bu da praktiki olaraq, daha bahalı avtmobillərin gətirilməsi deməkdir və bu da təbii ki, ölkəyə gətirilən avtomonillərin sayına təsir göstərdi. Biz bunu əvvəldən proqnozlaşdırırdıq. Köhnə avtomobillərin gətirilməsinə məhdudiyyətin qoyulması Gürcüstandan gətirilən avtomobillərdə də özünü göstərdi və nəzərər alsaq ki, avtomobillər daha çox Gürcüstandan gətirilirsə də, artıq bunun sayında da xeyli azalma var. Avro 4-ün tətbiqi nəticəsində bu, kəskin azalıb. Köhnə avtomobillərin sayının azalması bilavasitə idxala təsir edir. Apardığımız monitorinqlər də göstərir ki, ölkəyə avtomobil idxalı bundan sonra da kəskin azalacaq". 

 

Qeyd edək ki,  Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu il ölkəyə idxal olunan avtomobillər ötən ilin eyni dövrü ilə müqayisədə 19 920 və ya 34,1% azalıb.