Azərbaycan 137 ölkə ilə 18 milyard dollarlıq ticarət edib

Bu ticarət dövriyyəsinin illik 9,53 faiz azalması deməkdir

Bakı, Günel Tağıyeva, Nəzəroğlu Cəlalə Natiq qızı, İnteraz - 18 Avqust 2014, 16:26

Yanvar-iyul ayları ərzində Azərbaycan 137 ölkə ilə 18 mlrd. 133 mln. 507,99 min dollar həcmində ticarət əməliyyatı aparıb.



İnterAz-ın  Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu rəqəmlər ticarət dövriyyəsinin illik 9,53 faiz azalmasını göstərir.



Ticarət əməliyyatlarının 4 mlrd. 884 mln. 455,66 min dollarını Azərbaycana idxal, 13 mlrd. 249 mln. 52,33 min dollarını isə ölkədən ixrac təşkil edib. Beləliklə də ticarət dövriyyəsində 8 mlrd. 354 mln. 596,67 min dollar müsbət saldo yaranıb.



Məlumata əsasən idxal illik 20,97 faiz, ixrac isə 4,44 faiz azalıb.



İlk yeddi ayda ölkədən 1 732 çeşiddə mal ixrac olunub, 5 min 436 çeşiddə isə mal idxalı həyata keçirilib.