Rusiyada benzin bahalaşacaq

Rusiya baş nazirinin müavini elə bir vergi manevri çevirməyi təklif edib ki, qaz və neft sahəsinə yük düşməsin

Moskva, Roman Ağayev, İnteraz - 22 Avqust 2014, 16:37

İnterAz-ın Rusiya bürosunun verdiyi xəbərə görə, Rusiya baş nazirinin müavini Arkadiy Dvorkoviç elə bir vergi manevri keçirməyi planlaşdırıb ki, neft və qaz sahəsinə yönələn yük büdcə hesabına ödənilsin. Lakin bu istənilən halda benzinin bahalaşmasına gətirib çıxaracaq.

 

Nazirlər kabinetinin hazırladığı islahatlar nəticəsində neft xam malın və yanacağın ixracatçıları gəlirlərini artıracaqlar. 

 

Yeni vergi dəyişikliklərini 10 gün ərzindəhazırlayıb təqdim olunması nəzərdə tutulur. Qanunvericiliyə yeni dəyişikliklər isə ölkə parlamentinin payız sessiyasında qəbul olunacaq.

 

Ekspert və analitiklərin bildirdiyinə görə, bu benzinin bahalaşması ilə nəticələnəcək, çünki yanacaq aksizləri və hasilat vergisi qaldırılanda qiymətlərin atrması qaçılmazdır.

 

Rusiyada gələn ildən kommunal xərclərin, xüsusən də, suyun qiymətinin kəskin şəkildə artacağı da açıqlanıb.