Prezident Xalça Muzeyinin açılışında iştirak edib

İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin açılışında çıxış edib

Bakı, Ramik Cəfərzadə, , İnteraz - 26 Avqust 2014, 14:32

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin açılışında iştirak ediblər.

 

İnterAz-ın APA-ya istinadən məlumatına görə, dövlət başçısı mərasimdə çıxış edib.

 

Sonra akademik Teymur Bünyadov, xalçaçılıq üzrə ekspert Məmmədhüseyn Hüseynov və muzeyin direktoru Röya Tağıyeva çıxış ediblər. Onlar Mehriban Əliyevanı ad günü münasibətilə təbrik ediblər.
 

Daha sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeydə yaradılmış şəraitlə tanış olublar, burada nümayiş etdirilən xalçalara baxıblar.
 

Sonda xatirə şəkli çəkdirilib.