Azərbaycanda gələn il yenidən qurulacaq avtomobil yolları məlum olub

Qurum rəhbəri bildirib ki, artıq həmin yolların layihələri hazırdır: "Gələn il Gəncədən Qırmızı Körpüyə qədər olan yolun ikinci texniki dərəcədən 1-ci texniki dərəcəli yol kimi təkmilləşdirilməsi nəzərdə tutulub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Noyabr 2018, 16:10

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2019-cu ildə yeni yolların tikintisinə başlayacaq.

 

İnterAz-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

 

Qurum rəhbəri bildirib ki, artıq həmin yolların layihələri hazırdır: "Gələn il Gəncədən Qırmızı Körpüyə qədər olan yolun ikinci texniki dərəcədən 1-ci texniki dərəcəli yol kimi təkmilləşdirilməsi nəzərdə tutulub.

 

Bundan başqa, Ucar- Zərdab-Ağcabədi yolunun, Biləsuvar-Bəhramtəpə yolunun yenidən qurulması və Xaldan-Gürcüstan sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsi yenidən qurulacaq".