Bitkoinin qiyməti 3 500 dollardan aşağı düşüb

Məlumata görə, hazırda rəqəmsal pulun dəyəri, təxminən, 3 430 - 3 435 dollar arasında dəyişir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 09:32

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoin son 24 saat ərzində, təxminən, 10% ucuzlaşaraq 3 500 ABŞ dollarından aşağı düşüb.

 

İnterAz bu barədə “Report”a istinadən xəbər verir.

 

Məlumata görə, hazırda rəqəmsal pulun dəyəri, təxminən, 3 430 - 3 435 dollar arasında dəyişir.