Azərbaycan nefti 6% ucuzlaşıb

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,24 dollar təşkil edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 10:17

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 3,81 dollar və yaxud 5,95% azalıb.

 

İnterAz xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,24 dollar təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.