Qobustan taxılçıları payız səpinini başa çatdırıblar

Rayonun ilkin taxıl əkilən bütün ərazilərində normal çıxış alınıb

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Dekabr 2018, 10:43

Qobustan rayonunda payızlıq taxıl səpini kampaniyası başa çatıb.

 

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən İnterAz-a bildirilib ki, cari mövsümdə 30 min 500 hektarda payızlıq əkin aparılıb. Bu, ötən ilin müvafiq əkin kampaniyası ilə müqayisədə 200 hektar çoxdur. Əkilən sahələrin 21 min 400 hektarı buğda, qalanı isə arpadır.

 

İri taxılçılıq təsərrüfatları olan Sündü, Xilmilli, Cəyirli, Təklə və bir sıra digər ərazi icra nümayəndəliklərində bu mühüm kampaniya daha mütəşəkkil aparılıb. Cari mövsümdə taxılçılar yerli şərait üçün əlverişli olan “Qobustan”, “Qızıl buğda”, “Aran” buğda, əsasən də “Cəlilabad” arpa sortlarından istifadə ediblər.

 

Rayonun ilkin taxıl əkilən bütün ərazilərində normal çıxış alınıb. Bu, əkin sahələrinin 70 faizini təşkil edir. Hazırda hər yerdə təhlükəli zərərverici olan gəmiricilərə qarşı qabaqlayıcı tədbirlər görülür.