Azərbaycandan neft məhsullarının ixracı artıb

On bir ayda ixrac edilən neft məhsullarının dəyəri isə 481 milyon 39 min ABŞ dolları olub

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Dekabr 2018, 15:45

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan 933 min 636 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. On bir ayda ixrac edilən neft məhsullarının dəyəri isə 481 milyon 39 min ABŞ dolları olub.

 

Bu barədə İnterAz-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

 

Xatırladaq ki, ötən ilin analoji dövründə ölkədən 733 min 340 ton neft məhsulları ixrac olunub, həmin ixracın dəyəri 291 milyon 262 min dollar təşkil edib.