ABŞ dollarla bağlı vacib qərar qəbul edib

Bununla da baza faiz dərəcəsi 2,25-2,50 səviyyəsində qərarlaşıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Dekabr 2018, 08:45

ABŞ Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini 0,25 faiz artırıb.

 

İnterAz Oxu.Az-a istinadən xəbər verir ki, bununla da baza faiz dərəcəsi 2,25-2,50 səviyyəsində qərarlaşıb.

 

Qeyd edək ki, noyabrda ABŞ Federal Ehtiyat Sistemi baza faiz dərəcəsini dəyişməz saxlamaq haqqında qərar qəbul etmişdi.

 

Xatırladaq ki, 2018-ci ilin əvvəlindən FED faiz dərəcəsini üç dəfə - martın 21-də 1,5-1,75 faiz, iyunun 13-də 1,75-2 faiz, sentyabrın 26-da isə 2-2,25 faiz səviyyəsinədək artırıb.

CANLI YAYİM

Ən çox oxunan