Bakıdakı 2 marşrut xəttində yeni avtobuslar istifadəyə verilib

Bu barədə qurumun mətbuat katibi Mais Ağayev məlumat verib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Dekabr 2018, 10:19

Bakı Nəqliyyat Agentliyi (BNA) 64 və 81 müntəzəm marşrut xətləri istiqamətində yeni avtobusları istifadəyə verib.

 

İnterAz xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Mais Ağayev məlumat verib.

 

Onun sözlərinə görə, bu gün səhər saatlarından 64 ("Neftçilər" metrostansiyası-Yeni Günəşli) və 81 (Köhnə Günəşli-Qaraçuxur) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti yeni avtobuslarla təşkil edilib.

 

“Qarşıdakı aylarda digər xüsusəndə sərnişinlərin daha çox narazı qaldığı marşrut xətləri üzrə də analoji addımlar atılacaq”,- deyə o bildirib.

 

Xatırladaq ki, BNA dekabrın 24-də ölkəyə gətirilmiş yeni avtobusların təqdimatını keçirib.