“Azercell Telecom” SMS tariflərini 2 dəfə artırır

"Azercell Telecom" bu ilin əvvəlindən roaminqdə istifadə edilən interneti də 80% bahalaşdırıb

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2019, 14:38

 “Azercell Telecom” MMC  sabahdan fakturalı və fakturasız (Sim Sim) abunəçilər üçün SMS tariflərini orta hesabla 2 dəfə artırır. 

 

İnterAz xəbər verir ki, bu barədə şirkətin abunəçilərə müraciətində bildirilir. 

 

Məlumata görə, fakturasız xətt sisteminə aid nömrələrdə mövcud olan “Azercellim”, “Bizimkilər”, “Hər yerə”, “Gənc Sim””, “Bölgə” və “Tələbə birliyi” tarifləri çərçivəsində hər SMS-in qiyməti 2 qəpik və yaxud 67% artırılaraq 5 qəpik, fakturalı xətt sistemində mövcud olan “Hər yerə”, “Ailə tarif”, “Dövlətcell”, “SOCAR” və “Mediacell” tarifləri çərçivəsində isə hər SMS-in qiyməti isə 2,5 dəfə artırılaraq yenə də 5 qəpik müəyyən edilib. 

 

Xatırladaq ki, "Azercell Telecom" bu ilin əvvəlindən roaminqdə istifadə edilən interneti də 80% bahalaşdırıb.