Babək prospektində hərəkət bərpa olunub

Bildirilib ki, Babək prospektində asfalt-beton örtüyünün yatmış hissəsinin bərpası işləri artıq yekunlaşıb və həmin hissə üzrə nəqliyyatın hərəkəti bərpa olunub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Yanvar 2019, 17:58

Paytaxtın Babək prospektində yolun bir hissəsində yaranan problem aradan qaldırılıb. 

 

Bu barədə İnterAz-a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, Babək prospektində asfalt-beton örtüyünün yatmış hissəsinin bərpası işləri artıq yekunlaşıb və həmin hissə üzrə nəqliyyatın hərəkəti bərpa olunub.