IMF MDB ölkələri üçün iqtisadi artım proqnozunu azaldıb

Beynəlxalq Valyuta Fondu (İMF) MDB ölkələrində iqtisadi artımın bu il orta hesabla 2,2%, gələn il isə 2,3% olacağını proqnozlaşdırır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2019, 11:37

Beynəlxalq Valyuta Fondu (İMF) MDB ölkələrində iqtisadi artımın bu il orta hesabla 2,2%, gələn il isə 2,3% olacağını proqnozlaşdırır. 

 

İnterAz "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun hazırladığı “World Economic Outlook” (WEO) hesabatında bildirilir. 

 

Bu rəqəmlər ötən ilin oktyabr ayında açıqlanmış eyniadlı hesabatda göstərilən rəqəmlərə nisbətən 0,2 faiz bəndi və 0,1 faiz bəndi azdır. 

 

Qeyd edək ki, Fondun MDB ölkələri üzrə 2018-ci illə bağlı proqnozu 2,4% təşkil edir.

 

IMF Rusiya istisna olmaqla digər MDB ölkələri üçün iqtisadi artın proqnozlarını da açıqlayıb. Qurum hesab edir ki, 2019-2020-ci illərdə Rusiya istisna olmaqla digər MDB ölkələrində iqtisadi artım orta hesabla 3,7% olacaq. 2019-cu il üçün proqnoz ötən ilin oktyabr ayında açıqlanmış eyniadlı hesabatda göstərilən rəqəmlərə nisbətən 0,1 faiz bəndi çox olsa da, 2020-ci il üçün proqnoz dəyişməyib.  

 

Fondun Rusiya istisna olmaqla digər MDB ölkələri üzrə 2018-ci iillə bağlı proqnozu isə 3,9% təşkil edir.