Ötən il Azərbaycanda külək enerjisi istehsalı 5 dəfə artıb

Ötən il ərzində ölkədə 38,3 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 4,3% azdır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2019, 11:42

2018-ci il ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 954,1 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

 

İnterAz-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2017-ci illə müqayisədə 7%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 3,7% artaraq 313,8 mln. manat təşkil edib.

 

Ötən il ərzində Azərbaycanda 23 243,7 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə 2,6% çoxdur.

 

Bunun 1 737,6 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə 1,2% çoxdur.

 

Elektrik enerjisi istehsalının 20 534,5 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə 3,1% çoxdur.

 

Ötən il ərzində Azərbaycanda 57,5 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə 5 dəfə çoxdur.

 

Ötən il ərzində ölkədə 38,3 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 4,3% azdır.