Azərbaycan Gürcüstandan avtomobil idxalını 3 dəfəyə yaxın artırıb

Gürcüstandan Azərbaycana ixrac olunmuş avtomobillərin dəyəri 190 mln. 284,2 min dollar təşkil edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2019, 12:05

Ötən il Azərbaycan Gürcüstandan 13 047 ədəd avtomobil idxal edib.

 

İnterAz “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

 

Gürcüstandan Azərbaycana ixrac olunmuş avtomobillərin dəyəri 190 mln. 284,2 min dollar təşkil edib.

 

Azərbaycanın qonşu ölkədən idxal etdiyi avtomobillərin sayı illik müqayisədə 2,8 dəfə, dəyəri isə 2,1 dəfə çoxdur.

 

Qeyd edək ki, 2017-ci ildə Gürcüstandan Azərbaycana 88 mln. 118,9 min dollar dəyərində 4 548 ədəd avtomobil ixrac olunub.