“Azərenerji” işçi axtarır

“Azərenerji” ASC müxtəlif vəzifələr üzrə kadr ehtiyyatının yaradılmasını qarşıya məqsəd qoyaraq gənc və peşəkar kadrların işə qəbulunu elan edir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Fevral 2019, 15:05

“Azərenerji” ASC müxtəlif vəzifələr üzrə kadr ehtiyyatının yaradılmasını qarşıya məqsəd qoyaraq gənc və peşəkar kadrların işə qəbulunu elan edir. Bunun üçün aşağıdakı vəzifələr üzrə kadr axtarılır.

 

Bu barədə İnterAz-a qurumdan bildirilib.

 

Qeyd olunub ki, aşağıdakı sahələr üzrə işçi axtarılır:

 

Modul elektrik stansiyalarında daxili yanma mühərriklərinin təmiri üzrə mütəxəssis;

 

Mühərrik və generator avadanlıqlarına xidmət edən mütəxəssis;

 

Mühərriklərə texniki xidmət edən mütəxəssis;

 

Elektrik maşın, aparat və cihazların sazlayıcısı;

 

Elektrik stansiyalarının ölçü cihazlarına və avtomatikasına xidmət edən mütəxəssis;

 

Buxar və turbin qurğuları üzrə mühəndis;

 

Aqreqatların (buxar-generator turbinlərinin) blok idarəetmə sisteminin maşinisti;

 

Qazan avadanlıqları üzrə mühəndis;

 

Rele mühafiəsi və avtomatika üzrə mühəndis;

 

Nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis;

 

Elektrik mühəndisi;

 

İzolyasiya və ifrat gərginlikdən mühafizə üzrə mühəndis;

 

Quraşdırma və sazlama üzrə usta, çilingər, tornaçı.

 

Bu işlərə qəbul ediləcək kadrların ali, texniki, orta-ixtisas təhsili və ya peşə ixtisaslı olmaları tələb olunur. Eyni zamanda iddiaçının vəzifəyə görə 5 ildən 10 ilədək iş təcrübəsinin olması və iş prosesini bilməsi də başlıca tələblər sırasındadır. Əmək haqqı vəzifələrə görə 500-800 manat arasında dəyişir.

 

Müraciət edənlər fotoşəkil, şəxsi vərəqə (CV) forması, şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənədin surətlərini bütün iş günləri "Azərenerji" ASC-nin Səbail rayonu, Əbdulkərim Əlizadə küçəsi, 10 ünvanında yerləşən kadrlar şöbəsinə təqdim etməlidirlər. Yaxud da [email protected] ünvanına şəxsi vərəqə formasını göndərə və (+99412) 598-55-09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

Müraciət edən namizədlərin bilik səviyyəsi "Azərenerji" ASC üzrə yaradılmış Mərkəzi Müsahibə Komissiyasıı tərəfindən yoxlanılacaq.