Gürcüstandan Azərbaycana qanunsuz yolla siqaret keçirilməsinin qarşısı alınıb

Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Fevral 2019, 15:03

Gürcüstandan Azərbaycana qanunsuz yolla siqaret keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə İnterAz-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. 

 

Qurumdan bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Mercedes Benz" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

 

Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 3200 ədəd "King" markalı siqaret aşkarlanıb.