Azərbaycan-İran Hökumətlərarası Komissiyasının növbəti iclasının tarixi açıqlanıb

Tərəflər Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu nəqliyyatı ilə daşımaların həcminin artırılması imkanlarını da nəzərdən keçirəcəklər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2019, 14:24

Martın 12-13-da Bakıda Azərbaycan-İran Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək. 

 

Bu barədə İnterAz-a İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Onun sözlərinə görə, iclasda iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq məsələləri, o cümlədən sənaye və ticarət sektorlarında əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək. Tərəflər Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu nəqliyyatı ilə daşımaların həcminin artırılması imkanlarını da nəzərdən keçirəcəklər.