Azərbaycan nefti bahalaşıb

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,6 dollar təşkil edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Fevral 2019, 09:51

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,1 dollar və yaxud 0,15% artıb.

 

İnterAz xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,6 dollar təşkil edib. 

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.