DGK: Gələn ildən sıxılmış qazla işləyən avtobuslar 5 il müddətinə ƏDV-dən azad olunacaq

2020-ci ildən sıxılmış qazla işləyən avtobuslar 5 il müddətinə ƏDV-dən azad olunacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Mart 2019, 13:46

2020-ci ildən sıxılmış qazla işləyən avtobuslar 5 il müddətinə ƏDV-dən azad olunacaq.

 

İnterAz xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov jurnalistlər üçün təşkil edilən təlimdə deyib.

 

O bildirib ki, hazırda paytaxtda istifadə olunan "BakuBus" avtobusları da sıxılmış qazla işləyir. Həmçinin bu ilin mart ayının 8-dən sıxılmış qazla hərəkətə gətirilən məxsusi olaraq hava limanlarında istifadə olunan avtobuslar və sıxılmış qazla hərəkətə gətirilən tibbi məqsədlə istifadə edilən avtobuslar idxal gömrük rüsumundan azad olunub.