“Bakı Metropoliteni” retro vaqonları yenidən xəttə buraxacaq

"Bakı Metropoliteni" QSC Novruz bayramı ilə əlaqədar martın 19-20-də retro vaqonları yenidən xəttə buraxacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Mart 2019, 16:43

"Bakı Metropoliteni" QSC Novruz bayramı ilə əlaqədar martın 19-20-də retro vaqonları yenidən xəttə buraxacaq.

 

Bu barədə İnterAz-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

"Novruz bayramı ilə əlaqədar xüsusi proqram hazırlamışıq və retro qatarları xəttə buraxacağıq. İlk dəfə olaraq metroda keçəl və kosa da olacaq. Bu rolları peşəkar aktyorlar ifa edəcəklər. Bayram tədbiri martın 19-da, saat 14:00-da "İçəri Şəhər" stansiyasında başlayacaq”, - deyə o, qeyd edib.