Bakı metrosunda əlillər üçün avadanlıqlar quraşdırılacaq

Memorandumu dövlət şirkətinin sədr müavini Hidayət Məmmədov və nazir müavini Anar Əliyev imzalayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Mart 2019, 17:11

"Bakı Metropoliteni" QSC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

İnterAz xəbər verir ki, memorandumu dövlət şirkətinin sədr müavini Hidayət Məmmədov və nazir müavini Anar Əliyev imzalayıb.

 

Sənədə əsasən, metrodan əlillərin rahat istifadəsini təmin etmək məqsədi ilə avadanlıqlar quraşdırılacaq. Bu zaman əlillərin fikri nəzərə alınacaq.