Azərbaycanın xarici dövlət borcu azalıb

2018-ci ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 22,8%-dən 19%-ə düşüb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Mart 2019, 17:36

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 927,1 milyon ABŞ dolları təşkil edib.

 

İnterAz Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5% azdır.

 

2018-ci ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 22,8%-dən 19%-ə düşüb.

 

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.