Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb

Qurumun rəhbərliyi faizlərə növbəti dəfə aprelin 26-da baxacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Mart 2019, 12:01

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin bu gündən 9,25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul edib.

 

İnterAz AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. 

 

Qurumun rəhbərliyi faizlərə növbəti dəfə aprelin 26-da baxacaq.