“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçir

Metropoliten rəsmisi gücləndirilmiş iş rejiminin martın 20-dən başlayaraq həftəsonuna qədər davam edəcəyini qeyd edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 Mart 2019, 17:06

Novruz Bayramı günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.

 

Bunu İnterAz-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

B.Məmmədovun sözlərinə görə, bayram günləri əlavə işçi qüvvəsi və texniki vasitələr cəlb ediləcək:

 

“Əlavə texniki vasitələr dedikdə əsasən əlavə qatarları nəzərdə tuturuq. Zərurət yarandığı halda ehtiyat qatarlar xəttə buraxılacaq. Bütün stansiyalarda isə əlavə növbətçilik rejimi olacaq”.

 

Metropoliten rəsmisi gücləndirilmiş iş rejiminin martın 20-dən başlayaraq həftəsonuna qədər davam edəcəyini qeyd edib.