OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclası mayda keçiriləcək

Növbəti iclas Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçiriləcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 Mart 2019, 17:14

OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclası may ayında keçiriləcək.

 

İnterAz xəbər verir ki, bu barədə Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında qərar qəbul edilib. 

 

Növbəti iclas Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçiriləcək.

 

Aprel ayında keçirilməsi planlaşdırılan Nazirlərinin Birgə Monitorinq Komitəsininiclasının mayda baş tutması, iyunun 25-də isə OPEC-in iclasının keçirilməsi qərara alınıb.