Lerikdə vətəndaşlara güzəştli şərtlərlə gübrə satılıb

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Aprel 2019, 14:25

Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” ASC Lerik rayonunun Noda kəndində azot gübrəsinin güzəştli şərtlərlə satışını təşkil edib. 

 

Bu barədə İnterAz-a nazirlikdən bildirilib.

 

Məlumata görə, səyyar satış zamanı 20 kənddən 40-a yaxın vətəndaşa ümumlikdə 28,95 ton mineral, 22,3 ton azot, 6,65 ton nitroammafoska gübrəsi satılıb.

 

Qeyd edək ki, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.