Masazırın bəzi ərazilərinə elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Qurum yaranacaq narahatlığa görə istehlakçılarından üzr istəyib...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Aprel 2019, 16:24

Aprelin 16-17-də Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

 

“Azərişıq”dan İnterAz-a verilən məlumata görə, buna səbəb həmin günlər saat 10:30-dan 15:30-a qədər Masazır Yarımstansiyasında aparılacaq yenidənqurma işləridir. 

 

Qurum yaranacaq narahatlığa görə istehlakçılarından üzr istəyib.