Gələn həftədən Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki dəyişir

Gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 19 Aprel 2019, 16:39

Aprelin 22-dən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir. 

 

Bu barədə İnterAz-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

 

Məlumata görə, bu sərnişinlərin istək və təklifləri əsasında mümkün olub.

 

Gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb. Eləcə də Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.