Bakının iki küçəsində nəqliyyatın hərəkət məhdudlaşdırılacaq

Məlumata görə, buna səbəb mövcud nişanlanma xətlərinin yenilənməsidir...

Bakı, Aytən Əliyeva, İnteraz - 23 Aprel 2019, 17:50

Bu gün saat 23:00-dan sabah saat 06:00-a qədər Bakının Nəsimi rayonunun Kövkəb Səfərəliyeva və Dilarə Əliyeva küçələrində nəqliyyat vasitələrinin hərəkəti tamamilə və yaxud qismən məhdudlaşdırılacaq. 

 

Bu barədə İnterAz-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

 

Məlumata görə, buna səbəb mövcud nişanlanma xətlərinin yenilənməsidir.