Bakı Sərnişin Stansiyasına yeni rəis təyin edilib

O, yeni vəzifəsində ötən ilin oktyabr ayında vəfat etmiş Nizaməddin Eminovu əvəz edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 May 2019, 16:37

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Sərnişin Stansiyasına yeni rəis təyin edilib.

 

İnterAz report-a istinadən xəbər verir ki, bu, indiyə qədər ADY-nin Sərnişindaşıma departamentinin baş mühəndisi olan Ramin Abdullayevdir.

 

O, yeni vəzifəsində ötən ilin oktyabr ayında vəfat etmiş Nizaməddin Eminovu əvəz edib.

 

Qeyd edək ki, R.Abdullayev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunub.