Dörd ayda Azərbaycan pambıq lifi və ipliyinin ixracını artırıb

Yanvar-aprel aylarında ixrac edilən pambıq lifinin dəyəri 58 milyon 217 min, pambıq ipliyinin dəyəri isə 9 milyon 423 ABŞ dolları olub...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 May 2019, 13:28

Bu ilin ilk 4 ayında Azərbaycandan 40 min 655 ton pambıq lifi və 3 min 917 ton pambıq ipliyi ixrac olunub.

 

İnterAz xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

 

Yanvar-aprel aylarında ixrac edilən pambıq lifinin dəyəri 58 milyon 217 min, pambıq ipliyinin dəyəri isə 9 milyon 423 ABŞ dolları olub.

 

Ötən ilin eyni dövründə ölkədən 20 milyon 585 min dollarlıq 13 min 243 ton pambıq lifi, 6 milyon 600 min dollarlıq 2 min 706 ton pambıq ipliyi ixrac edilib.