“ABAD”-ın yeni eksklüziv məhsulları Beynəlxalq Qida sərgisində təqdim olunur

Bu il də “WorldFood Azerbaijan 2019”da ABADçı ailələrinin istehsal etdiyi yeni məhsulları eksklüziv olaraq sərgilənib...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 May 2019, 15:31

Mayın 15-i Bakı Ekspo Mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi açılıb.

 

İnterAz xəbər verir ki, sərgidə “ABAD” publik hüquqi şəxs öz stendi ilə təmsil olunur. Bu il də “WorldFood Azerbaijan 2019”da ABADçı ailələrinin istehsal etdiyi yeni məhsulları eksklüziv olaraq sərgilənib.

 

Onlar arasında bir neçə çeşiddə pendirlər, badımcan kürüləri, pomidor turşusu, yağlar, meyvə şirələri, kəsmiklər, kolbosalar, meyvə quruları, qara çay və bal məhsulları dequstasiya masasında maraqla qarşılanıb.

 

Qeyd edək ki, sərgi mayın 17-dək davam edəcək.