AZAL Bakıdan Dehliyə birbaşa uçuşlara başlayır

Bu ilin payızından isə aviareyslərin sayı həftədə iki dəfə olacaq...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyun 2019, 11:14

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 25-dən Bakıdan Hindistanın paytaxtı Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək.

 

AZAL-dan İnterAz-a verilən məlumata görə, uçuşlar hər həftənin çərşənbə axşamı günü ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə yerinə yetiriləcək. 

 

Bu ilin payızından isə aviareyslərin sayı həftədə iki dəfə olacaq.