“SOCAR Trading” LNG ticarətini 4 dəfədən çox artırıb

“SOCAR Trading” 2017-ci ildən etibarən LNG ixrac etməyə başlayıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyun 2019, 13:03

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət qolu - “SOCAR Trading” LNG (Liquefied Natural Gas - Mayeləşdirilmiş təbii qaz) üzrə ticarət həcmini 4 dəfədən çox artırıb.

 

İnterAz xəbər verir ki, bu barədə SOCAR-ın sosial şəbəkələrdəki rəsmi səhifəsində qeyd edilib.

 

“SOCAR Trading” 2017-ci ildən etibarən LNG ixrac etməyə başlayıb. Qısa zamanda şirkət LNG üzrə ticarət həcmini 4 dəfədən çox artırıb”,- məlumatda bildirilib.