Azərbaycanda vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsi ilə bağlı dövlət rüsumu ləğv olunur

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul edilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Iyul 2019, 12:53

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul edilib.

 

İnterAz xəbər verir ki, qanunla Azərbaycanda xarici ölkələrin səfirliklərinə və konsulluqlarına vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsinə görə dövlət rüsumu ləğv olunur.

 

Qeyd edək ki, hazırda bu rüsum 4 manatdır.