Bakı-Ağstafa sürət qatarı ləğv edilir

Qurum qərarını hərəkət qrafikinin optimallaşdırılması ilə izah edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Iyul 2019, 17:24

İyulun 15-dən Bakı–Ağstafa sürət qatarı ləğv ediləcək.

 

Bu barədə İnterAz-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. 

 

Qurum qərarını hərəkət qrafikinin optimallaşdırılması ilə izah edib. Sərnişinlər bundan sonra ölkənin qərb istiqamətinə yalnız Bakı-Böyük Kəsik sərnişin qatarı ilə hərəkət edə bilərlər.